İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İsrail ordusu Qəzzada jurnalistlərin çadırına hücum edib: 5 nəfər həlak olub

İsrail ordusu Qəzza şəhərində, Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yerləşdiyi çadıra hücum edib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 5 jurnalist həlak olub.

Məlumata görə, ölənlər arasında Ənəs əl-Şərif, Məhəmməd Qreiqeh, kamera operatorları İbrahim Zaher, Məhəmməd Noufal və Moamen Aliva var.

İsrail ordusu açıqlamasında Ənəs əl-Şərifin jurnalist görkəmində HƏMAS üzvü olduğunu iddia edib.

Ordu nümayəndələri onun HƏMAS hücrəsinin rəhbəri olduğunu, İsrail əsgərlərinə və vətəndaşlarına qarşı raket hücumları təşkil etdiyini bildirib. Həmçinin kəşfiyyat məlumatları, təlim siyahıları və maaş qeydlərinin Əl-Şərifin HƏMAS üzvlüyünü sübut etdiyi irəli sürülüb.

Gundelik.az