Xətai rayonu ərazisində yerləşən Bakı İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsi müasir tipli qazanxanaya çevriləcək.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətində müvafiq işlərə başlanılıb.
Belə ki, ASC hazırda sözügedən işlərlə bağlı mövcud layihələrin resurs qiymətlər ilə smetalarını hazırlayacaq şirkət axtarışındadır.
Eyni zamanda qurum görüləcək işlərin müqabilində şirkətə 89 208 manat ödməyə də hazır olduğunu qeyd edir.
Gundelik.az
