Bir sıra qazanxanalar yenidən qurulacaq.
Gundelik.az-ın məlumatına görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, ASC 7 ədəd qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə əlaqədar tikinti-quraşdırma, sınaq-sazlama işlərinə start verib.
Qurum sözügedən işlərin icrasını “İdeal TM” QSC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 4 390 569 manat ödənilib.
Gundelik.az
