Gundelik.az Ölkə “Azəristiliktəchizat” ASC qazanxanaların yenidən qurulması ilə bağlı 4,4 milyon manat ayırdı
Ölkə Xəbərlər

“Azəristiliktəchizat” ASC qazanxanaların yenidən qurulması ilə bağlı 4,4 milyon manat ayırdı

Bir sıra qazanxanalar yenidən qurulacaq.

Gundelik.az-ın məlumatına görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, ASC 7 ədəd qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə əlaqədar tikinti-quraşdırma, sınaq-sazlama işlərinə start verib.

Qurum sözügedən işlərin icrasını “İdeal TM” QSC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, QSC-yə 4 390 569 manat ödənilib.

Gundelik.az

Exit mobile version