Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işlərinə start verilir.
Gundelik.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
Dövlət xidməti sözügedən işlərin icrasını “Az Technocon Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 035 197 manat ödənilib.
Gundelik.az

