Dünyanın ən böyük sənaye qazları, texnologiya və xidmət istehsalçılarından biri olan “Air Liquide SA”, Cənubi Koreya bazarında sənaye qazlarının aparıcı təchizatçısı olan “DIG Airgas”ı almaq barədə razılığa gəlib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Şirkət bu əməliyyatı Macquarie Asiya-Sakit Okean İnfrastruktur Fondu 2 ilə birlikdə həyata keçirəcək. Razılaşmaya görə, “DIG Airgas” 2,85 milyard avro dəyərində qiymətləndirilib.
Müqavilənin 2026-cı ilin ilk yarısında tamamlanacağı gözlənilir. “Air Liquide”nin açıqlamasında bildirilib ki, bu böyük satınalma şirkətin Cənubi Koreya bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən “Air Liquide”nin kapitallaşması 16,8% artaraq 105,8 milyard avroya yüksəlib.
Gundelik.az

