ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Cənubi Koreya ilə ticarət razılaşmasının əldə olunduğunu bəyan edib.
Gundelik.az xəbər verir ki, dövlət başçısı Cənubi Koreya Prezidenti Li Jae-Myunqla nahar zamanı bildirib ki, tərəflər ticarət sazişi üzrə danışıqları demək olar ki, yekunlaşdırıblar.
Tramp görüşün səmərəli keçdiyini və tərəflərin ticarətlə yanaşı, milli təhlükəsizlik məsələlərini də müzakirə etdiklərini vurğulayıb.
Gundelik.az

