Gundelik.az Müsahibə ChatGPT və Süni intellekt jurnalistikanı necə dəyişir – Qulu Məhərrəmli rəy bildirdi
Müsahibə

ChatGPT və Süni intellekt jurnalistikanı necə dəyişir – Qulu Məhərrəmli rəy bildirdi

Süni intellektin sürətli inkişafı və gündəlik həyatın  müxtəlif sahələrinə nüfuz etməsi, jurnalistika sahəsində də mühüm suallar doğurur.  Bu texnoloji yeniliklər peşəkar jurnalistlərin  rolunu və gələcək perspektivlərini necə dəyişə bilər? Jurnalistika suni intellektlə rəqabət apara biləcəkmi, yoxsa insan faktoru bu sahədə hələ uzun müddət əvəzolunmaz qalacaq?
Tanınmış media mütəxəssisi–AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i   Qulu Məhərrəmlidən bu məsələlərlə bağlı fikirlərini öyrənmək üçün ona suallar ünvanladıq.
Müsahibəni təqdim edirik:

Qulu müəllim, sizcə, ChatGPT jurnalistikanın gələcəyini necə dəyişə bilər?  Süni intellektin yayılması jurnalistlərin  iş imkanlarını və rolunu azalda bilərmi?

–   Bəli, bu gün suni intellekt geniş addımlarla irəliləyir və intellektin, informasiya, yazı-pozunun, hesablamalar və  proqramlaşdırmaların müxtəlif sahələrində tətbiq olunur. Təbii ki,  o cümlədən də,  jurnalistlər bundan istifadə edirlər. Amma necə yanaşılrmalıdır?..

 Əlbəttə CHATGPT bu günkü medianın sifətini müəyyən mənada dəyişə bilər, ancaq onu heç bir şəkilldə əvəz edə bilməz. Bu bir vasitədir, köməkçi, yardımçıdır və verdiyi məlumatları da həmişə mötəbər hesab eləmək olmaz. Çünki bu təkmilləşmə prosesindədir, bütün bacarıqlarına çoxluğuna baxmayaraq hələ də, müəyyən əməliyyat və müəyyən biliklər var ki, o spesifik yanaşma tələb edir və CHATGPT -nin buna o qədər də imkanları yoxdur.

Əsas məqamı unutmaq olmaz ki, CHATGPT –nin təhlükəli tərəfləri də var. Təhlükəli tərəfi ondan ibarətdir ki, indi jurnalistlərin çoxu özü yox,  CHATGPT –ni işlədir. Material hazır şəkildə yazılır və ordan da götürüb yerləşdirir.  Əlbəttə, müəyyən məlumatları almaq olar. Ancaq daha böyük resurslara müraciət eləməkdənsə çoxları CHATGPT –yə müraciət edibmaterialı  olduğu kimi də  sayta və s. yerləşdirir.  Məncə bu cür yanaşma yanlış yanaşmadır.

İstifadə eləmək olar məlumatlar almaq olar, lakin mütləq o  yoxlanmalı, dəqiqləşdirilməlidir. Onun verdiyi məlumatlar yoxlanmalı, təhlil metodna baxılmalıdır və bir çox hallarda CHATGPT -nin gəldi yanlış qənaətlər ola bilər ki. onu jurnalist öz adından təqdim eliyə bilməz.  Materialının hazırlanmasında mütləq belə bir qeyd qoyulmalıdır  ki, bu CHATGPT –nin, yəni suni intelektin köməklə hazırlanıb.

Sizcə CHATGPT jurnalistin yaradıcılığını  əvəz edə bilərmi, yoxsa bu texnologiya sadəcə bir yardımçı vasitə kimi qalmalıdır?

  –  CHATGPT bir heç bir halda jurnalistlərin yaradıcılığını,  bacarıqlarını əvəz eləyə bilməz və onun çox böyük resurslarımasına baxmayaraq, bu günkü texnologiya şəraitində CHATGPT yalnız və yalnız   vasitəçi  kimi qala bilər.

Sonda bildirmək istəyirəm ki, jurnalistlər ümumiyyətlə, CHATGPT  ilə müəyyən münasibətdə də müəyyən sərhəddi qorumalıdırlar. Yəni hər şeyi CHATGPT-nin  boynuna yükləyərək özünü bu yükdən  azad etmək, bu jurnalistləri çox tənbəlləşdirib onların intellektual dərinliyini azaldır, onları tənbəl öyrədir.  Ona görə də, əsas aparıcı sima mətbutda  jurnalistdir,  redaktordir,  müəllifdir, repartyordur və onlar bunu mütləq nəzərə almalıdırlar.

Dəyərli məlumata görə Qulu müəllim  Məhərrəmliyə Gundelik.az adından təşəkkürümüzü bildiririk.

Gundelik.az

Exit mobile version