“Azəristiliktəchizat” ASC qazanxanaların yenidən qurulması ilə bağlı 4,4 milyon manat ayırdı
Bir sıra qazanxanalar yenidən qurulacaq. Gundelik.az-ın məlumatına görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb. Belə ki, ASC 7 ədəd qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə əlaqədar tikinti-quraşdırma, sınaq-sazlama işlərinə start verib. Qurum sözügedən işlərin icrasını “İdeal TM” QSC-yə həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, QSC-yə 4 390 569 manat ödənilib.
