Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Azad olunmuş bu kənddə daha bir işlərə start verilir – 124 min manat ayrıldı
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Azad olunmuş bu kənddə daha bir işlərə start verilir – 124 min manat ayrıldı

Cəbrayıl rayonunun Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar daha bir işlərin icrasına başlanılır.

Gundelik.az xəbər verir ki, 1042 ailəlik (ikinci mərhələdə – 407 ailəlik) Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş binalarının və digər tikililərin söküntü işləri start götürüb.

Belə ki, artıq bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu müvafiq işləri yekunlaşdırıb.

Fond sözügedən işlərin icrasını TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 124 422 manat ödənilib.

Gundelik.az

Exit mobile version