Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda turistləri hotellərə aparan mikroavtobus aşıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər xəsarət alıb. Onların hər birinin Rusiya vətəndaşı olduğu məlum
Məlumata görə, onlar müvafiq xəstəxanaya yerləşdiriliblər.
Qəzada yaralanan sürücü və 18 rusiyalı turist sağlamlıq qrupunun müdaxiləsindən sonra rayondakı xəstəxanalara aparılıb.
Gundelik.az

