Əfqanıstanda İrandan deportasiya edilən miqrantları daşıyan avtobus ağır yol qəzasına düşüb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı avtobus motosiklet və yük maşını ilə toqquşub, daha sonra alovlanıb. İlkin məlumata görə, qəza nəticəsində 71 nəfər həlak olub.
Herat vilayətinin mədəniyyət və informasiya direktoru Əhmədullah Möttəki sosial şəbəkədə açıqlama yayaraq hadisəni təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin dəqiq sayı hələlik rəsmi təsdiqlənməsə də, onlarla insanın həyatını itirdiyi bildirilib.
Qəzanın qurbanları əsasən İrandan deportasiya edilən əfqan miqrantlardır. Xatırladaq ki, 2023-cü ildən etibarən İranda qeyri-qanuni miqrantların, xüsusilə də əfqan vətəndaşlarının ölkədən çıxarılması prosesi sürətlənib. İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, yalnız bu ilin mart ayından bəri 772 mindən çox əfqan ölkəni tərk edib.
Gundelik.az

