Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək.
Gundelik.az-ın məlumatına görə, 20 ədəd sözügedən nəqliyyat vasitəsinin alınması nəzərdə tutulub.
Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.
Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Eyni zamanda agentlik 20 ədəd tam elektriklə işləyən avtobusların satınalınmasının 4 945 620 manata başa gələcəyini proqonozlaşdırıb.
Gundelik.az

