Axşam saat 17.00- da minirdik Şərur- Bakı qatarına.
Naxçıvan şəhərindən ” Badamlı”, “Sirab” alırdıq.
Təxminən Ordubadı keçəndən sonra süfrəni açırdıq. Kupedə olanlar hərə yola nə götürübsə qoyurdu ortaya.
Anam mənə kənd toyuğu soyutması, pendir, tərxum yığıb yoluma qoyurdu, bilirdi ki, xoşuma gəlir.
Kupedəkilərin çoxu ya özü kəndimizdən ya da qonşu kənddən olardılar. Yeyib içəndən sonra başlayardılar mənə suallar verməyə. Məsələn, ” qoyunla qaz qarışıq gəlir, başlarını sayırsan 40, ayaqları 96 ədədir. Neçəsi qoyun, neçəsi qazdı?”
Qatarın özünə məxsus səsinin fonunda mən hesablayıb tapırdım.. Bir 100- də belə vururdular. Mənim də tərif payımı verirdilər..
O vaxtlar mən Bakı şəhəri 5 nömrəli kimya- biologiya təmayüll məktəbində oxuyurdum.
Zəngəzur dəhlizi açılsa, həmən qatarı, həmən süfrəni, anamın yemək boxçasını, həmən kupe yoldaşlarımı axtaracam…
Sonuncu dəfə Qafanda partladılan qatarda itirdiyim qələmlərimi də…
Elə həmənki özümü də…
Sadıq Qarayev
Gundelik..az

