Gundelik.az xəbər verir ki, şirkətin məlumatına görə, ötən gecə Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində enerji təchizatında fasilələr yaranmışdı. DABS-ın texniki qrupları Tacikistandan gələn 220 kV-luq elektrik xəttini bərpa edərək Qunduz, Taxar əyalətləri və Bağlan şəhərinin böyük hissəsinə yenidən elektrik enerjisinin verilməsini təmin ediblər.
Məlumatda həmçinin qeyd olunur ki, texniki heyətlər Özbəkistandan gələn elektrik xəttinin də fəaliyyətini bərpa etmək üçün işləri davam etdirirlər.
Zəlzələ nəticəsində həmin xəttin zədələnməsi Bəlx, Kabil, Pərvan, Pəncşir, Kapisa, Loqar, Paktiya, Qəzni və Maydan Vardak əyalətlərində genişmiqyaslı enerji kəsintisinə səbəb olmuşdu.
Gundelik.az