Portuqaliyanın paytaxtı Lissabonda baş verən ağır tramvay qəzası nəticəsində 15 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.
Gundelik.az xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, hadisə yerli vaxtla saat 18:00 radələrində Lissabonun simvolik nəqliyyat vasitələrindən biri hesab edilən və məşhur turistik marşrut üzrə hərəkət edən “Gloria” tramvayında qeydə alınıb.
Prezident Marselo Rebelo de Sousa verdiyi açıqlamada ölən və yaralananların sayını təsdiqləyib, dərin hüznünü ifadə edib. Sosial şəbəkələrdə yayılan kadrlarda tramvaydan tüstü qalxdığı, insanların dağıntılar altında qalan sərnişinləri xilas etməyə çalışdığı görünür.
Hadisə ilə əlaqədar Portuqaliya hökuməti ölkə üzrə bir günlük, Lissabon Bələdiyyəsi isə üç günlük matəm elan edib.
Gundelik.az

