Almaniyanın Baden-Vürtemberq federal əyalətində qatarın toqquşması nəticəsində azı üç nəfər ölüb.
Gundelik.az xəbər verir ki, bu barədə”Frankfurter Allgemeine Zeitung: polisə istinadən məlumat yayıb.
Belə ki, Riedlingen rayonunda iyulun 27-də iki vaqon saatda 80 kilometr sürətlə relsdən çıxıb. İlkin səbəb güclü yağışlar nəticəsində yaranan sürüşmə olub.
Ölənlər arasında qatar maşinisti və “Deutsche Bahn”ın digər əməkdaşı da var. Son məlumata görə, əlliyə yaxın insan yaralanıb, onlardan 25-nin vəziyyəti ağırdır.
Siqmaringendən Ulm istiqamətində hərəkət edən qatarda ümumilikdə yüzə yaxın sərnişin olub.
Gundelik.az

