Gundelik.az Dünya Almaniyalı nazir xəstəxanaya yerləşdirildi – Merzin koalisiyasında gərginlik
Dünya Siyasət Xəbərlər

Almaniyalı nazir xəstəxanaya yerləşdirildi – Merzin koalisiyasında gərginlik

Almaniya kansleri Fridrix Merzin koalisiyası ilə keçirilən iclas zamanı gərginlik səbəbindən hökumət üzvlərindən biri huşunu itirib.

Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə çərşənbə axşamı baş verib. Gərgin müzakirələr zamanı Almaniyanın nəqliyyat naziri Patrik Şnayder vəziyyətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Hadisə “həddindən artıq istiləşmə” ilə izah edilsə də, müşahidəçilər bunu kanslerin koalisiyada mövqeyinin zəifləməsinin “simvolu” kimi dəyərləndiriblər.

Qeyd olunur ki, beş aya yaxındır hakimiyyətdə olan Merz koalisiya daxilində əsas məsələlər üzrə konsensus əldə etməkdə çətinlik çəkir. Xüsusilə, tənzimləmələrin azaldılması və Avropa İttifaqının səlahiyyətlərinin məhdudlaşdırılması təşəbbüsləri tərəfdaşlar arasında mübahisələr doğurur.

İki günlük hökumət toplantısında nazirlər iqlim siyasəti, İsrailə qarşı mümkün sanksiyalar və sosial rifah xərclərinin azaldılması ilə bağlı ortaq qərara gələ bilməyiblər. Nəticədə Merz Kopenhagendə keçiriləcək Aİ sammitində təqdim etməyi vəd etdiyi “deregulyasiya üzrə konkret tələblər siyahısı”nı hazırlaya bilməyib.

Sorğulara görə, almanların böyük əksəriyyəti kanslerin çıxışlarından narazıdır. Respondentlərin 70 faizi Merzin fəaliyyətini bəyənmir, 54 faizi isə payızda sosial islahatların vacibliyini vurğulayır.

Gundelik.az 

Exit mobile version