Gundelik.az Dünya Almaniya yeni lazer silahını sınaqdan keçirir
Dünya Xəbərlər

Almaniya yeni lazer silahını sınaqdan keçirir

Almaniya Hərbi Dəniz Qüvvələri pilotsuz uçuş aparatları və raketlərlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş yeni lazer silahını sınaqdan keçirir.

Gundelik.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri məlumat yayıb.

Məlumata görə, Rheinmetall və MBDA şirkətləri tərəfindən hazırlanan silah “Sachsen” tipli freqatda test olunur. Layihə Alman Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və əsas məqsəd müasir hava təhlükələrinə – pilotsuz təyyarələrə və raketlərə qarşı müdafiə imkanlarını gücləndirməkdir.

Bir il davam edən sınaqlar zamanı lazer sistemi 100-dən çox real atəş testi keçib. Bildirilir ki, silah “lazer şüasına mane ola biləcək ərazi şəraitindən asılı olmadan” hədəfləri dəqiqliklə vurub. Rheinmetall şirkəti bu uğuru “mavi səma döyüşü” kimi qiymətləndirib.

Eyni zamanda, PPSh Laboratory şirkətinin baş direktoru Denis Oslomenko pilotsuz uçuş aparatlarını məhv etmək üçün süni intellekt elementləri ilə təchiz edilmiş avtomatlaşdırılmış qüllənin yaxın vaxtlarda sınaq məqsədilə SVO zonasına göndəriləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl SVO bölgəsində Vətəndaş Müharibəsindən qalma pulemyotla təchiz edilmiş UAZ avtomobilinin görüntüləri yayılmışdı.

Gundelik.az

Exit mobile version