Gundelik.az Dünya Almaniyada polisə dronları vurmaq icazəsi veriləcək
Dünya Xəbərlər

Almaniyada polisə dronları vurmaq icazəsi veriləcək

Almaniya hakimiyyəti polisə Almaniyanın hava məkanını pozan pilotsuz uçuş aparatlarını vurmaq hüququ verəcək.

Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çərşənbə günü Nazirlər Kabineti tərəfindən təsdiqlənən və parlamentin təsdiqini gözləyən yeni qanuna əsasən, polis kəskin təhlükə və ciddi zərər yarada bilən dronları zərərsizləşdirmək imkanına malik olacaq.

Qanun Münhen hava limanında baş vermiş dron hadisəsindən sonra qəbul edilib. Oktyabrın 3-dən 4-nə keçən gecə hava limanının üzərində naməlum pilotsuz uçuş aparatları aşkarlandığı üçün fəaliyyət müvəqqəti dayandırılıb və onlarla reys ləğv edilib və ya təxirə salınıb. Hadisədən sonra polis dronların məsafəsini ölçmək üçün hava limanının uçuş-enmə zolağının şimal ucuna lazer və radar quraşdırıb.

Bavariya Baş Naziri Markus Söder Münhen hava limanındakı dron insidentinin Rusiyanın iştirakı ilə baş verə biləcəyini bildirib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Almaniyada baş verən insidentin araşdırılması üçün vaxt çərçivəsini proqnozlaşdırmışdı.

Gundelik.az 

Exit mobile version