Gundelik.az Dünya Almaniya Polşa sərhədinə iki döyüş təyyarəsi göndərəcək
Dünya Siyasət Xəbərlər

Almaniya Polşa sərhədinə iki döyüş təyyarəsi göndərəcək

Almaniya dron insidenti fonunda Polşa ilə sərhədə iki çoxməqsədli “Eurofighter” qırıcısı göndərməyə hazırlaşır.

Gundelik.az xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Sentyabrın 10-na keçən gecə Polşa öz ərazisində ən azı 23 pilotsuz uçan aparat (PUA) vurub. Baş nazir Donald Tusk insidentdə Rusiya tərəfini günahlandırıb və NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşmələr tələb edib.

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas və Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya tərəfindən Polşaya PUA-ların göndərildiyini bildiriblər. Belarus tərəfi isə PUA-ların elektron müharibə nəticəsində itdiyini iddia edib və bu məlumatı dərhal Varşavaya çatdırıb.

Qərb ölkələri və Ukrayna anti-Rusiya sanksiyalarının artırılmasını tələb edib, Polşa isə müttəfiqlərindən əlavə hava hücumundan müdafiə sistemləri və PUA texnologiyaları istəyib.

Daha əvvəl Avropa rəhbərliyi Trampın Polşadakı PUA insidentinə reaksiyasından narahatlığını ifadə etmişdi.

Gundelik.az 

Exit mobile version