Gundelik.az Xəbərlər İqtisadiyyat Metroda differensial qiymət tətbiqi nə deməkdir? – ŞƏRH
İqtisadiyyat Ölkə Xəbərlər

Metroda differensial qiymət tətbiqi nə deməkdir? – ŞƏRH

“Metroda differensial qiymət artımı ola bilər”  ifadəsi o qədər ümumi ifadədir ki, perspektivlə bağlı nəsə demək olmaz.

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

O bildirib ki, “differensial” ifadəsi çox geniş anlayışdır. İqtisadçının sözlərinə görə, bu, sadəcə biletin bahalaşması deyil, müxtəlif meyarlara görə fərqli qiymətlərin tətbiqi deməkdir: “Birincisi, sosial təbəqələrə görə differensiallıq: əlil, qazi, tələbə, pensiyaçı və adi sərnişin kateqoriyaları üzrə ayrıca qiymət tətbiqi.

İkincisi, stansiya sayına görə differensiallıq: Yəni az gedən az, çox gedən çox ödəyə bilər.

Üçüncüsü, günün saatlarına görə differensiallıq: yəni pik saatlarda baha, digər vaxtlarda ucuz ola bilər.

Dördüncüsü, istifadə tezliyinə görə differensiallıq: yəni ayda bir neçə dəfə minənlə hər gün minən eyni qiymət ödəməyə bilər.  Ya da 30 dəfə istifadə bir qiymət, bundan artıq başqa qiymət”.

“Yəni “differensial” sözünün arxasında çoxlu ssenarilər dayanır. Amma bütün ssenarilərin də arxasında qiymət artımı dayanır”, – deyə E. Əmirov fikirlərini yekunlaşdırıb.

Gundelik.az 

Exit mobile version