Böyük Britaniyada əyləncə parkında “rollercoaster” qəzaya uğrayıb.
Gundelik.az “Daily Mail”ə istinadən xəbər verir ki, İngiltərənin Portkoul şəhərində yerləşən “Coney Beach” əyləncə parkında attraksion relsdən çıxaraq aşıb. Nəticədə 13-ü uşaq olmaqla 14 nəfər xəsarət alıb.
Polisin açıqlamasına görə, yaralananların hamısı yüngül xəsarətlər alıb, onların bir qismi xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı istintaq başladılıb və avqustun 14-də əyləncə parkı hüquq-mühafizə orqanlarının araşdırmaları üçün bağlanacaq.
Parkın nümayəndəsi bildirib ki, bütün zərərçəkənlərə dəymiş ziyan ödəniləcək. Hazırda ərazi işçilər tərəfindən təmizlənir.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanında içərisində insanların olduğu attraksion yarıda dayanaraq təhlükəli anlar yaşatmışdı.
Gundelik.az

