Gundelik.az Elm və təhsil Azərbaycandan 18 rəhbər şəxs xaricdə təhsil proqramında yer alıb
Elm və təhsil Xəbərlər

Azərbaycandan 18 rəhbər şəxs xaricdə təhsil proqramında yer alıb

“SOCAR-ın Xaricdə Təhsil Təqaüd Proqramı 380 iştirakçını dəstəkləyib”.

Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılışında bildirib.

Z.Qurbanov qeyd edib ki, iştirakçılar arasında “Chicago Booth”, IMD, IE Universiteti və “Columbia Business School” kimi aparıcı təhsil müəssisələrində İcraçı MBA proqramlarını bitirmiş və ya hazırda təhsil alan 18 rəhbər şəxs də var.

O bildirib ki, SOCAR dünyanın aparıcı şirkətləri və institutları ilə bilik mübadiləsi ekosistemi qurur:

“Bu addımlarla biz insan potensialımızı regionun ən böyük bilik və istedad mərkəzlərindən birinə çeviririk”.

SOCAR vitse-prezidenti vurğulayıb ki, Xaricdə Təhsil Təqaüd Proqramı bu il “Brandon Hall Group HCM Excellence Awards” mükafatına layiq görülüb.

O əlavə edib ki, SOCAR-ın beynəlxalq və yerli universitetlərlə əməkdaşlığı liderlik, idarəetmə, energetika və texniki təhsil sahələrində beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə və Azərbaycanın ali təhsil ekosisteminin gücləndirilməsinə xidmət edir.

Exit mobile version