Gundelik.az Hadisə Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü – Foto
Hadisə Xəbərlər

Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü – Foto

Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.

Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.

Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80-ə yaxın şəxs qan verib.

Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - Foto

Lakin cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, NDU-nun (Naxçıvan Dövlət Universiteti) ilk Stomatologiya ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində tanınmış klinikalarda stomatoloq-implantoloq kimi fəaliyyət göstərib.

Exit mobile version