İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda lokal kartlarla əməliyyatların həcmi artıb

Bu ilin iyunun ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi lokal kartlar vasitəsilə əməliyyatların sayı 53,2 min ədəd, əməliyyatların həcmi isə 55,09 milyon manat olub.

Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə lokal kartlar ilə əməliyyatların sayı 251,5 milyon ədəd və ya 5,7 dəfə azalıb, əməliyyatların həcmi isə 2,05 milyon manat, yaxud da 3,9% artıb.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.

Gundelik.az