Bakı metrosunda yeni ödəniş üsulunun tətbiqinə BAŞLANILDI
“Bakı Metropoliteni” QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib. Gundelik.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”, “BirBank” və “M10″la ödəniş qüvvədə saxlanılır.
