Avqust 25, 2026
Baku
Ölkə Xəbərlər

DİN azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktını araşdırır

Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Gundelik.az-a DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məlumat verib.

Qeyd edək ki, sosial şəbəkədə Bakının Nizami rayonunda 9 yaşlı Ə. M. İlqar qızının ögey anası Ülkər tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.