Hörmətli sorğu iştirakçısı,
Bu sorğu “Azərbaycan məktəblərində bullinq: problemlər və onların həlli yolları” mövzusunda apardığım dissertasiya tədqiqatının bir hissəsidir. Məqsədimiz ölkəmizdəki məktəblərdə şagirdlərin qarşılaşdığı bullinq hallarının mövcud vəziyyətini, onun səbəb və nəticələrini daha yaxşı anlamaq, eyni zamanda bu problemin həlli üçün effektiv yollar axtarmaqdır.
Bəs “bullinq” nədir?
Ola bilər ki, “bullinq” sözü ilə ilk dəfə qarşılaşırsınız və ya tam mənasını bilmirsiniz. Bullinq bir şəxsin və ya bir qrupun, adətən özündən daha zəif hesab etdiyi və ya özünü müdafiə etməkdə çətinlik çəkən başqa bir şəxsə qarşı qəsdən (bilərəkdən) və təkrar-təkrar (davamlı şəkildə) göstərdiyi aqressiv, zərərverici davranışdır.
Qeyd: Sorğu anonimdir. Məlumatlar yalnız tədqiqat məqsədilə istifadə olunacaq.
Dəyərli vaxtınızı ayırıb bu vacib tədqiqatda iştirak etdiyiniz üçün Sizə əvvəlcədən dərin təşəkkürümü bildirirəm.
https://forms.gle/HB6cGBV2TUhNajYf8
Sahilə Cabbarova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unİversiteti
Gundelik.az
