Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xüsusi coğrafi ölçmə avadanlıqları satın alır.
Gundelik.az-ın məlumatına görə, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, ANAMA hazırda sözügedən avadanlıqları təhvil verəcək şirkət axtarışındadır.
Eyni zamanda agentlik qeyd olunan coğrafi ölçmə avadanlıqlarının 691 464 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
