İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

ANAMA 276 min manatlıq avadanlıqlar alır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minatəmizləmə sahəsində istifadə olunan taxta payalar, mina işarələri, dəmir bayraqcıq, lövhə və maşalar sifariş edib.

Gundelik.az-ın məlumatına görə, agentlik sözügedən avadanlıqların satın alınması ilə bağlı “Perlit” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 276 min manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Perlit” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisi Ömrümov Məhərrəm Xansuvar oğludur.

Gundelik.az