İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

ANAMA Türkiyə şirkəti ilə 700 min manatlıq müqavilə bağladı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xüsusi coğrafi ölçmə avadanlıqları alır.

Gundelik.az-ın məlumatına görə, ANAMA bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Agentlik sözügedən avadanlıqların satın alınması ilə bağlı “Mysupplier İthalat İhracat Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 689 986 manat ödənilib.

“Mysupplier İthalat İhracat Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Pərviz Mehdizadə Telman oğludur. Hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Yasamal Rayonu, Zahid Xəlilov, ev 172, m. qeyri-yaşayış sahəsi ünvanında yerləşir.

Gundelik.az