İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

ANAMA 5,4 milyon manatlıq nəqliyyat vasitələri alır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 60 ədəd nəqliyyat vasitəsi sifariş edəcək.

Gundelik.az-ın məlumatına görə, satın alınacaq nəqliyyat vasitələrinin 15-i pikap-sərnişin tipli, 20-si minaaxtaran itlərin daşınması üçün pikap tipli, 25 ədədi isə pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələridir.

Sözügedən nəqliyyat vasitələrinin 2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.

ANAMA qeyd edilən nəqliyyat vasitələrinin satın alınmasının ümumilikdə 5,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az