İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Bəşər Əsədi kim və nə məqsədlə zəhərləmək istəyib?

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsi ilə bağlı əsas sual budur: Onu kim(lər) və nə məqsədlə zəhərləmək istəyib?

Gundelik.az xəbər verir ki, bu sualla bağlı politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Rusiyanın kəşfiyyat strukturları Kremlin hədəf seçidiyi insanları zəhləmək təcrübəsinə malikdir: “Rusiyanın xüsusi xidmət strukturları ölkə içində və xaricində müvafiq əməliyyatlar keçiriblər. Ancaq məsələ burasındadır ki, zəhələnənlər Kremlə müxalif olan şəxslər idi. Bəşər Əsəd isə Kremlin siyasi sığınacaq verdiyi və illərlə onu dəstəklədiyi şəxsdir. İlk baxışdan Kremlin onu zəhərləməsi məntiqi görünmür. Suriyada hakimiyyəti ələ keçirən qüvvələrin də Əsədi zəhərləmək imkanı yoxdur”.

Politoloq vurğulayıb ki, buna baxmayaraq, Əsəd Kremlə maneədir: “Rusiya hakimiyyəti Bəşər Əsədə və onun ailəsinə Rusiya ərazisində sığınacaq versə də, Kreml Suriyada Əsədi devirən Əş-Şaraa hakimiyyəti ilə dialoq qurub və əməkdaşlığı genişləndirmək istəyir. Elə bu gün Suriyanın Baş Qərargah rəisi, general-mayor Əli əl-Naasanın rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri başlayıb, müxtəlif görüşlər planlaşdırılır. Kremlin Əş-Şaraa ilə yaxşı münasibətləri Rusiyaya bu ölkədə hərbi bazalarını saxlamağa imkan verir. Kreml bu səbəbdən Əsədə tapşırıb ki, Suriyanın yeni hakimiyyətinə qarşı açıqlama və ya bəyanat verməsin. Ancaq Əş-Şaraa Moskvanın Əsədi və onun ailə üzvlərini törətdikləri cinayətlərə görə Suriyaya təhvil verilməsini istəyir. Əş-Şaraanın bu istəyini yerinə yetirməyən Kreml eyni zamanda Əsədin fiziki yoxluğunda da maraqlı ola bilər”.

Gundelik.az