Gundelik.az Xəbərlər Almaniya Ukraynaya yeni hərbi yardım əlini uzadır
Xəbərlər

Almaniya Ukraynaya yeni hərbi yardım əlini uzadır

Almaniya mümkün sülhdən danışsa da, Ukraynaya bir böyük partiya silah verməyi planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə “Tagesschau “ Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun bəyanatlarına istinadən xəbər yayıb.

Belə ki, Pistorius Brüsseldə Ukrayna üzrə Təmas Qrupunun iclasında Almaniyadan daha bir silah tədarükü paketini açıqlayıb. Məlumata görə, bu il daha dörd IRIS-T sistemi, 300 idarə olunan raket və 100 yerüstü müşahidə radar qurğuları Ukraynaya təhvil veriləcək.

Bundan əlavə, daha 100 000 artilleriya mərmisi, 300 kəşfiyyat  pilotsuz uçuş aparatı (PUA), 25 Marder piyada döyüş maşını, 15 Leopard 1A5 əsas döyüş tankı, 120 yerüstü zenit-raket kompleksi və 14 artilleriya sisteminin də ALmaniya tərəfindən Ukrayana yönəldiləcəyi istisna olunmur.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Heli Ukraynaya 350 milyon funt-sterlinq (təxminən 458 milyon ABŞ dolları) dəyərində yeni hərbi yardım paketini açıqlamışdı. Paketə radar sistemləri, tank əleyhinə minalar və bir neçə yüz min pilotsuz uçuş aparatları (PUA) daxildir.

Gundelik.az

Exit mobile version