Gundelik.az Elm və təhsil NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: GÖSTƏRİLƏN ETİMADIN DOĞRULDUĞU ÜNVAN
Elm və təhsil

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: GÖSTƏRİLƏN ETİMADIN DOĞRULDUĞU ÜNVAN

Naxçıvan Dövlət Universitetinin elm və tədris proseslərinin tənzimlənməsi sahəsindəki təşəbbüsləri ölkənin milli təhsilinin uzunmüddətli perspektivlərinin müəyyən olunması sahəsində olduqca mühüm əhəmiyyətə malik olmaqddır. Müvafiq tənzimləmələr əsasında ilk olaraq, 2021-ci ildən Naxçıvan Musiqi Kollecinin, 2023-cü ildən etibarən Naxçıvan Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin, eyni zamanda, 2023-cü ildə Gimnaziyanın, 2024-cü ilin sentyabr ayından Kembric məktəbinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmiş olması, davam edən islahatlar müstəvisində ali məktəbin olduqca mühüm uğurlarından biri olmaqdadır. Geridə qalan dövrlər üzrə proseslərin gedişindən aydın olur ki, ali məktəbin və ona aid olan müəssisələrin fəaliyyəti səmərəlilik göstəriciləri ilə müşayiət olunub və bu, ölkənin milli təhsilinin daha mütərəqqi əsaslarla inkişafına zəmin açmışdır. Düşünürük ki, Naxçıvan Dövlət Universiteti, ölkəmizin müasir uğurlu təhsil göstəricilərinin inkişafı sahəsində bir neçə istiqamətdə fərqləndirici nəticə ortaya qoymaqdadır. Bunlardan biri, yuxarıda qeyd olunan təhsil müəssisələrinin ali məktəbin nəzdinə verilməsi ilə müşayiət olunur. İkinci mərhələ isə, 5 iyun 2023-cü il tarixində dövlət başçısı tərəfindən imzalanmış olan tarixi Sərəncamla təsdiq olunan 2023-2027-ci illər ərzində Naxçıvan Mxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət proqramında Naxçıvan Dövlət Universitetinin inkişafı üçün nəzərdə tutulmuş olan tədbirlərlə ifadə oluna bilər.

Artıq bu proseslərdə, üçüncü mərhələnin də əsasları müəyyən olunmuşdur. Bu isə, təbii olaraq, Naçxıvan Dövlət Universietinə dövlət qayğı və diqqətinin gerçək ifadəsi olan tədbir və tənzimləmələr müstəvisində özünü göstərməkdədir. Həmin istiqamətlərdə universitetin ölkənin ali təhsil müəssisələri içərisində mühüm olan nəticələrinə yeni kefiyyət mərhələlərinin dəstək olması təsbit olunmuşdur. Təbii olaraq, yeni keyfiyyət mərhələsinin başlanğıcında ölkə başçısının 4 aprel 2025-ci il tarixində imzalamış olduğu Sərəncamın olduqca mühüm əhəmiyyətini qeyd etmək olar. Bildirmək olar ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elm və təhsil sahəsində daha sistemli və əlaqəli idarəetmənin təşkili baxımından olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda, ölkəmizdə hər iki sahədə islahatların daha mütərəqqi forma və istiqamətlərini təşkil edəcəkdir. Burada olduqca mühüm nəticələrdən biri də, elmi tədqiqat institutlarının və mərkəzlərinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi elmi tədqiqatların və bununla paralel olaraq tədris proseslərinin də koordinasiyalı, həmçinin daha əhatəli təşkilinə olduqca əhəmiyyətli zəmin yaradacaqdır. Həmin tarixi Sərəncamın 1.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıq verilmişdir. İnkişaf etmiş ölkələrin elm və təhsil proseslərinə diqqət etdikdə aydın olur ki, elmi tədqiqat müəssisələri və orada aparılan genişmiqyaslı araşdırmalar əsasən ali məktəblərin tərkibində daha səmərəli hesab olunur. Ölkəmizdə də bu sahədə müəyyən olunan yeni istiqamətlər və prioritetlərlə bu sahədə dünya təcrübəsindən faydalı şəkildə istifadə etməklə universitetlərin rolu daha aktual hesab olunur. Məhz Naxçıvan Dövlət Universitetinin də xüsusən də, son 5 ildə elm və tədris proseslərində əldə etmiş olduğu mütərəqqi nəticələr onunda elmi tədqiqatların davamlılığı sahəsindəki potensialına daha böyük inam qazandırmışdır. Yaxın gələcəkdə aydın olacaqdır ki, bəhs olunan elmi tədqiqat müəssisələrinin Naxçıvan Dövlət Universitetinin tabeliyindəki fəaliyyəti dahasəmərəli olacaqdır.
Mən 22 illik elmi fəaliyyətimin 15 ilini universitetimizin tabeliyinə verilən elmi tədqiqat institutlarının dəyərli əməkdaşları ilə bir yerdə işləmişəm. Onların kifayət qədər yüksək və çox istiqamətli elmi potensiallarınada yaxından bələdəm. Əminik ki, dövlətimizin gündəlik qayğı və diqqətindən güc alan hörmətli rektorumuzun rəhbərliy ilə yeni inkişaf mərhələsində daha qürurverici elm və tədris göstəriciləri əldə olunacaqdır.
Naxçıvan Dövlət Universitetinin aprel ayı boyunca "Beynəlxalq təlim aylığı"nın elan olunması onun həm elm və tədris mühitinin daha təkmil tənzimlənməsindən, həm də dünya miqyasında hər iki istiqamət üzrə beynəlxalq əməkdaşlıqların daha mütərəqqi əsaslarından xəbər verməkdədir. Hörmətli rektorumuz tərəfindən məqsədyönlülüklə və xüsusilə də, tələbəyönümlü tədris proseslərinin təşkil olunması əsas tutulmaqla tənzimlənən bu proseslər elm və tədris prosesləri sahəsində dünyaca tanınmış mütəxəssislərin, eyni zamanda, elm xadimlərinin və pedaqoqların Naxçıvan Dövlət Universitetinə maraq və diqqətlərinin daha da artmasına səbəb olmuşdur. Bu sahədə isə, təbii olaraq, qazanan tərəf, şübhəsiz
ki, tələbələr və pedaqoji heyət olmaqdadır. Aprel ayı ərzində 6 fərqli ölkədən 21 tanınmış və beynəlxalq elmi mühit tərəfindən hörmətlə qəbul olunan mütəxəssislərin beş mühüm istiqamət üzrə 21 mövzu ətrafında təlimlərin davam etdirilmiş olması universitetimizin daha təkmil ixtisaslaşma
mühitinin göstəricisi olmaqdadır.

Qeyd edək ki, təlimçilər əsasən ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistandan olmaqla həm də, bəhs olunan ölkələrin tədris proseslərinin və təcrübələrinin bariz nümunəsi olaraq əhəmiyyətli olacaqdır. Bununla yanaşı, təlimlər, təhsil, elm, beynəlmiləlləşmə, resurslar və dayanıqlılıq üzrə olmaqla, etibarlı və təkmil mütəxəssis hazırlığı proseslərinin hərəkətverici qüvvəsi
olacaq.
Təlimlər xüsusilə, Azərbaycan, Türk və ingilis dillərində olmaqla malik olduğu əhatəliliyinə görə də seçiləcək. Təbii olaraq, aprel ayının beynəlxalq təlim ayı elan olunması dayanıqlı təhsil imkanlarını daha da inkişaf etdirmiş olacaq. Bu sahədə, Naxçıvan Dövlət Universitetinin yenicə yaranan Dayanıqlı İnkişaf Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmək olar.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Gundelik.az

Exit mobile version