Türkiyənin İzmir şəhərində terror təbliğatı aparan 7 nəfər saxlanılıb.
Bu barədə Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Belə ki,Türkiyə polisi sosial şəbəkələrdə silahlı terror təşkilatlarının təbliğatını aparmaları iddiası ilə 10 şübhəliyə qarşı əməliyyat aparıb.
Aparılan əməliyyatlar zamanı 7 şübhəli saxlanılıb.
Digər şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Gundelik.az

