Türkiyədə terror təbliğatı aparanlara qarşı mübarizə: saxlanılanlar var
Türkiyənin İzmir şəhərində terror təbliğatı aparan 7 nəfər saxlanılıb. Bu barədə Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir. Belə ki,Türkiyə polisi sosial şəbəkələrdə silahlı terror təşkilatlarının təbliğatını aparmaları iddiası ilə 10 şübhəliyə qarşı əməliyyat aparıb. Aparılan əməliyyatlar zamanı 7 şübhəli saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib. Gundelik.az
