Almaniya iqtisadiyyatı istehlak və investisiya sayəsində 2025-ci ilin birinci rübündə 2024-cü ilin dördüncü rübü ilə müqayisədə 0,2% artıb, lakin ildən-ilə azalma tendensiyası davam edir.
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Mövsümi təsirlərdən təmizlənmiş ÜDM illik müqayisədə 0,2 faiz azalıb”, – məlumatda deyilir.
Bu kontekstdə Almaniya iqtisadiyyatı ardıcıl yeddinci rübdür ki, tənəzzülə uğrayıb.
“Trading Economics”in məlumatlarına görə, 2023-cü ilin üçüncü rübündən bəri ölkənin ÜDM göstəricisi davamlı olaraq 0,1 ilə 0,3 faiz arasında azalır.
Bundan əlavə, Almaniya hökuməti 2025-ci il üçün ÜDM-in artım proqnozunu sıfıra endirib.
Gundelik.az

