Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Türkiyənin turizm gəliri birinci rübdə 5%-dən çox artıb
Dünya Kateqoriya seçilməyən Turizm Xəbərlər

Türkiyənin turizm gəliri birinci rübdə 5%-dən çox artıb

Türkiyənin turizm gəliri bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 9 milyard 451 milyon 244 min dollara çatıb.

Bu barədə Gundelik.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir.

Məlumata görə, turizm gəlirlərinin 23,6 faizi ölkəyə gələn xarici vətəndaşlardan əldə edilib.

Bu rübdə edilən xərclərin 8 milyard 104 milyon 875 min dollarını şəxsi xərclər, 1 milyard 218 milyon 997 min dollarını isə paket tur xərcləri təşkil edib.

Bu ilin birinci rübündə ölkədən gedən ziyarətçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 9 milyon 121 min 152 nəfərə çatıb. Bu ziyarətçilərin 24,3 faizini (2 milyon 219 min 38 nəfər) xaricdə yaşayan vətəndaşlar təşkil edib.

Sözügedən rübdə Türkiyədən gedən ziyarətçilərin gecəlik xərci orta hesabla 99 dollar olub. Məlum olub ki, xaricdə yaşayan vətəndaşların bir gecəlik xərci orta hesabla 67 dollar olub.

Yanvar-mart dövründə turizm gəlirlərində qida və içki xərclərinin payı 24,7 faiz, beynəlxalq daşıma xərclərinin payı 15,9 faiz, paket tur xərclərinin payı 13,1 faiz təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyə daxilində paket tur xərcləri 20,8%, qida və içki xərcləri 15,7%, nəqliyyat xərcləri isə 8,9% artıb.

Turistlərin 52,5%-i Türkiyəyə daha çox səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər üçün gəlib. Qohum və dostları ziyarət etmək üçün gələnlər 26,7% təşkil etməklə ikinci, alış-veriş məqsədilə Türkiyəyə səfər edənlər 10,3% göstərici ilə üçüncü yerdə qərarlaşıb.

Türkiyədə turizm xərcləri 37,6 faiz artıb

Türkiyədə yaşayan və başqa ölkələrə səfər edən vətəndaşların xərclərindən ibarət turizm xərcləri ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə 37,6% artaraq 2 milyard 448 milyon 212 min dollara çatıb. Bu məbləğin 1 milyard 907 milyon 35 min dollarını şəxsi xərclər, 541 milyon 177 min dollarını isə paket tur xərcləri təşkil edib.

Eyni dövrdə xaricə gedən vətəndaşların sayı illik bazda 6% artaraq 2 milyon 596 min 225 nəfərə çatarkən, adambaşına düşən orta xərc 943 dollar olub.

Gundelik.az

Exit mobile version