Almaniyada pilotların yorğunluğu təhlükəli həddə çatıb. Pilotlar ittifaqı – Vereinigung Cockpit – uçuş zamanı yuxululuğun artıq “narahatedici reallığa” çevrildiyini açıqlayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Birliyin son həftələrdə 900-dən çox pilot arasında keçirdiyi sorğuda respondentlərin 93 faizi son aylarda uçuş zamanı yuxuya getdiyini bildirib. Nəticələrə görə, pilotların 12 faizi demək olar hər uçuşda, 44 faizi müntəzəm, 33 faizi isə arabir yuxuya getdiyini etiraf edib. Sorğuda iştirak edənlərin 3 faizi yalnız bir dəfə yuxuya getdiyini, 7 faizi isə bunu çox tez-tez yaşadıqlarını deyib.
Birliyin vitse-prezidenti Katharina Dieseldorff qeyd edib ki, alman kokpitlərində yuxuya getmək artıq uzun müddətdir normaya çevrilib:
“Əvvəllər bu, qısa müddətli bərpa üsulu kimi qəbul olunurdu, indi isə struktur təzyiqlərinə davamlı cavab halını alıb”.
Onun sözlərinə görə, qısa yuxu kritik təhlükə yaratmasa da, davamlı yorğunluq yaşayan pilotların uçuş zamanı ciddi risk mənbəyinə çevrilməsi ehtimalı yüksəkdir.
Həmkarlar ittifaqı xüsusilə yay mövsümündə artan əməliyyat yükü və kadr çatışmazlığının pilotların yorğunluğunu daha da artırdığını bildirib. İttifaq uçuş zamanı yuxuya getməni “idarə olunan istirahət dövrləri” kimi səciyyələndirib.
Gundelik.az

