ABŞ Prezidenti Donald Trampın rəhbərliyi bu gün Ağ Evdə Qəzza ilə bağlı mühüm görüş keçirəcək.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, iclasda humanitar yardım planı və atəşkəsdən sonrakı dövrdə bölgədə atılacaq addımlar müzakirə olunacaq.
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff açıqlamasında bildirib ki, toplantıda Qəzzaya yardım mexanizmləri və münaqişədən sonrakı keçid prosesi ilə bağlı əsas qərarların qəbul olunması nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd ilin sonuna qədər bu məsələlərə həll yolu tapmaqdır.
Uitkoff əlavə edib ki, administrasiya yalnız Qəzza ilə bağlı deyil, eyni zamanda İran və Ukrayna böhranları üzrə də müzakirələr aparır.
Bununla yanaşı, Tramp administrasiyası Qəzzadakı müharibəyə və İsrailin hərbi əməliyyatlarına kifayət qədər sərt mövqe ortaya qoymaması səbəbindən tez-tez tənqid olunur. Ekspertlər hesab edirlər ki, Ağ Evdə keçiriləcək görüşdən ciddi nəticələr çıxacağına dair gözləntilər zəifdir.
Gundelik.az

