İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ yüzlərlə əsgərini Suriyadan GERİ ÇƏKİR

ABŞ Suriyadakı hərbi kontingentini 500 nəfərə qədər azaltmağı planlaşdırır.

Gundelik.az xəbər verir ki, nu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

“ABŞ Suriyanın şimal-şərqindəki səkkiz kiçik əməliyyat məntəqəsindən üçünü bağlayır, qoşunların sayını 2000-dən 1400-ə endirir”, – məlumatda deyilir.

Məlumata əsasən, iki yüksək rütbəli məmur bildirib ki, ABŞ komandirləri 60 gün ərzində əlavə ixtisarların olub-olmamasını qiymətləndirəcəklər.

Hərbçilərin Suriyada ən azı 500 amerikalı əsgərin qalmasını tövsiyə etdiyi də vurğulanıb.
Bundan əvvəl, “Sky News Arabia” xəbər vermişdi ki, ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hərbi bazada yerləşdirilmiş bölmələri mərhələli şəkildə geri çəkməyə başlayıb.

Gundelik.az