İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

ABŞ bu dəfə rusiyalı alimləri hədəfə aldı – Məlumat bazaları bloklandı

ABŞ hökuməti Rusiyanın əsas tibbi məlumat bazalarına çıxışı məhdudlaşdırıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Kommersant” nəşrinə müsahibə verən rusiyalı alimlər bildirib.

Nəşrin məlumatına görə, bu qərar ABŞ vətəndaşlarının genetik məlumatlarını qorumaq üçün verilib.

Məhdudiyyətlər Çin, Kuba, İran, Venesuela və Rusiya da daxil olmaqla ABŞ-yə “narahatlıq doğuran ölkələr”in elm və təşkilatlarına təsir edib.

Məlumata görə, hazırda sözügedən ölkələrin tibb alimləri psixi pozğunluqlardan və xərçəngdən əziyyət çəkən amerikalılar haqqında məlumatları saxlayan tibbi və elmi təşkilatların məlumat bazalarına daxil olmaları bloklanıb.

Nəşr, həmçinin alkoqol və ya narkotik maddələrdən sui-istifadə edən və ya alzheimer, parkinson və daun xəstəliyindən əziyyət çəkən insanlar haqqında məlumatlar bazasına da girişdə əngəllərin olduğunu yazır.

Mart ayında “The New York Times” yazıb ki, ABŞ hakimiyyəti Rusiya və Belarus da daxil olmaqla 43 ölkənin vətəndaşları üçün məlumatlara giriş qaydalarını sərtləşdirmək niyyətindədir. Nəşrin mənbələrinin bildirdiklərinə görə, turistlər və miqrantlar viza almaqda problemlə üzləşə bilər, ABŞ-yə iş məqsədi ilə gələn sahibkarlar isə heç bir çətinlik olmadan ölkəyə daxil ola biləcəklər.

Gundelik.az