Oktyabr 6, 2026
Baku
Dünya Maraqlı Xəbərlər

Kişi parkda 6 karatdan çox çəkisi olan almaz tapıb

ABŞ-da yerləşən “Almazlar krateri” parkında çəkisi 6,03 karat olan nadir sarı almaz tapılıb.

Gundelik.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

Qiymətli daşı parkın ziyarətçilərindən biri olan Cek Piyeradin aşkar edib. Kişinin sözlərinə görə, daş yığını arasından keçərkən parlaq bir işıq əks etdiyini görüb. Almazı torpaqdan çıxardıqdan sonra onun simmetrik və yumru formasına diqqət yetirib.

Piyeradin tapdığı daşın 48 üzlü kristal olan heksoktaedr olduğunu ehtimal edib. Bu, kifayət qədər nadir forma hesab olunur. “Almazlar krateri”ndə tapılan almazların əksəriyyətinin 12 və ya 24 üzü olur.

Piyeradin almazı “Amerika arzusu” adlandırdığını bildirib. O, bu adı 1954-cü ildə “The Chords” qrupunun ifa etdiyi “Sh-Boom (Life Could Be a Dream)” mahnısından, eləcə də Amerikanın yubileyindən ilhamlanaraq seçib. 2026-cı ildə ABŞ-ın yaranmasının 250 ili tamam olur.

Kişi “Amerika arzusu”nu satmağa ümid etdiyini söyləyib. Qiymətli daşların qiymətləndirilməsi üzrə mütəxəssislərin fikrincə, belə bir almaz 250 min dollara (təxminən 21,2 milyon rubl) alına bilər.

“Şəxsən mən heç vaxt belə bir şey axtarmamışam, sadəcə bu prosesin özündən zövq alıram. Belə bir almaz tapacağımı heç gözləmirdim. Qarşıma çıxması heyrətamizdir!” – deyə Piyeradin bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ sakini Keşiya Smit “Almazlar krateri” parkında almaz taparaq ona nəvələrinin adını verib. “Son altı ay ərzində böyük təzyiq altında idim. Buna həqiqətən ehtiyacım var idi. Bunun üçün dua edirdim və baş verdiyinə hələ də inana bilmirəm”, – deyə Smit etiraf edib.

Nurəddin Abdullayev
Gundelik.az