2026-cı ilin yanvar-fevral aylarında “Qala Sığorta” ASC-nin yığımlarında 10 milyon 676 min manat və ya 55,52% azalma müşahidə olunub.
Gundelik.az xəbər verir ki, sığorta şirkəti sözügedən dövrdə 8 milyon 553 min manat dəyərində sığorta haqqı toplayıb.
2025-ci ilin eyni dövründə şirkətin topladığı sığorta haqqı 19 milyon 229 min manat olub.
Şirkətin sığorta ödənişlərinə gəldikdə isə “Qala Sığorta” ASC ilk 2 ayda 4 milyon 326 min manat sığorta ödənişi edib.
2026-cı ilin yanvar-fevral aylarında şirkətin sığorta ödənişlərində 809 min manat dəyərində və ya 23% artım olub. Belə ki, 2025-ci ilin eyni dövründə sığorta şirkətinin ödənişləri 3 milyon 517 min manat olub.
Qeyd edək ki, “Qala Sığorta” ASC cari ilin yanvar-fevral aylarında hər 100 manatdan 50,57 manatını ödənişə ayırıb.
