İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Qırğızıstan-Çin sərhədi bağlanır

Çin tərəfinin təşəbbüsü ilə Qırğızıstan-Çin sərhədində yerləşən Toruqart-Avtodorojnı və İrkeştam-Avtodorojnı keçid məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Gundelik.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər Çin Xalq Respublikasının Milli Günü və Payız Ortası Festivalının qeyd olunması ilə əlaqədardır. Keçid məntəqələri oktyabrın 1-dən 3-dək və 6-da bağlı olacaq.

Oktyabrın 4 və 5-də isə yalnız yük maşınlarının və yüklərin keçidi təmin ediləcək, fiziki şəxslərin hərəkətinə icazə verilməyəcək.

Keçid məntəqələri oktyabrın 7-dən etibarən adi iş rejiminə qayıdacaq.

Gundelik.az