Qarabağ Universitetinin Təbiət Elmləri, Sosial və Humanitar Elmləri və Hüquq fakültələrinin binaları tikiləcək.
Gundelik.az-ın əlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq müvafiq işlərə başlayıb.
Belə ki, qurum hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum sözügedən fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
