Gundelik.az Elm və təhsil Qarabağ Universitetində yeni fakültə binaları tikiləcək
Elm və təhsil Xəbərlər

Qarabağ Universitetində yeni fakültə binaları tikiləcək

Qarabağ Universitetinin Təbiət Elmləri, Sosial və Humanitar Elmləri və Hüquq fakültələrinin binaları tikiləcək.

Gundelik.az-ın əlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq müvafiq işlərə başlayıb.

Belə ki, qurum hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum sözügedən fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az 

Exit mobile version