ABŞ Suriyadakı hərbi kontingentini 500 nəfərə qədər azaltmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, nu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ Suriyanın şimal-şərqindəki səkkiz kiçik əməliyyat məntəqəsindən üçünü bağlayır, qoşunların sayını 2000-dən 1400-ə endirir”, – məlumatda deyilir.
Məlumata əsasən, iki yüksək rütbəli məmur bildirib ki, ABŞ komandirləri 60 gün ərzində əlavə ixtisarların olub-olmamasını qiymətləndirəcəklər.
Hərbçilərin Suriyada ən azı 500 amerikalı əsgərin qalmasını tövsiyə etdiyi də vurğulanıb.
Bundan əvvəl, “Sky News Arabia” xəbər vermişdi ki, ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hərbi bazada yerləşdirilmiş bölmələri mərhələli şəkildə geri çəkməyə başlayıb.
Gundelik.az
